67cc1df5-369d-4216-b8e4-46408702cdd2..jpg

Türk tayfalarının qədim Yeni il bayramı – ARAŞDIRMA + VİDEO

Baxış sayı: 528 dəfə baxılıb.

Türk tayfalarının qədim Yeni il bayramı – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Narduqan şumerlərdə və daha sonra türk tayfalarında keçirilən yeni il
bayramıdır.

Hər il 22 dekabrdan sonra gələn ilk bütöv ay çıxan zaman bayram edilir.

Bunun səbəbi isə türklərin qədim inancına görə, gecə ilə gündüzün, yəni
günəşlə ayın ilboyu görüşə bilməyərək dövrə vurması və məhz dekabrın ən uzun
gecəsi sayılan 22 dekabrda görüşməsidir.

Dekabrda bütöv ayın çıxdığı gün yeni ilin ilk günü hesab edilir. Bu gün türk
inancına görə, ölümsüzlüyün simvolu olan və bütün insanların törədiyi sanılan
Ağcaşam ağacları bəzənər, oyunlar oynanar, qopuzun müşayiəti ilə mahnılar
oxunar və əyləncələr təşkil edilərdi. Türklərdə həmin gün Tanrı Ulgenǝ hədiyyə
hazırlayardılar və ən yüksək təpədə şam ağacı altında dua edərdilər.

Bu mərasimlərə başçılıq edən müdrik, yaşlı kişi ən gözəl geyimlərini geyinǝrǝk
liderlik edərdi.

O, türk cəmiyyətlərində daha çox Ayaz Ata kimi adlandırılır. Hətta Ayaz Ata
yaşlı olduğu üçün ona nəvəsi yaşında bir qız da kömək edərmiş. Qadınlar bu
bayramlarda parçalardan xüsusi bəzəklər hazırlayıb şam ağacından asardılar.
Türklərdən gələn bu ənənə indi də qalmaqdadır. Övliya kimi tanınan insanların
məzarlarına yaxın ağaclara parça bağlanması bu ənənədən gəlir.

Daha ətraflı süjetdə:


Source link