0548430a-47b7-41c7-8a2f-e7e419169810..jpg

Turki Al Faysal: “İşğal dövründə törədilmiş dağıntılar misli görünməmiş barbarlıq nümunəsidir”

Baxış sayı: 865 dəfə baxılıb.

Turki Al Faysal: “İşğal dövründə törədilmiş dağıntılar misli görünməmiş
barbarlıq nümunəsidir”

“İşğaldan azad olunmuş Qarabağ bölgəsinə səfər etməyimə şərait yaratdığına
görə Azərbaycan Prezidentiİlham Əliyevə minnətdarlığımı bildirirəm. Otuz illik
işğal dövründə bu ərazilərdə törədilmiş dağıntıları gördüm, bütün bunlar
ağlasılmazdır”.

Bu fikirləri Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar
Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saud martın 8-də
Füzuli rayonuna səfəri zamanı AZƏRTAC-a müsahibəsində deyib.

Dağıntıların misli görünməmiş barbarlıq nümunəsi olduğunu vurğulayan qonaq
Azərbaycan xalqının əzmkarlığı ilə Qarabağın bərpası və yenidən qurulması
işlərinin davam etdirildiyini və bu ərazilərin Azərbaycanın inkişaf etmiş
regionuna çevriləcəyinə əminliyini bildirib.

“İşğaldan azad olunmuş ərazilərdə bir vaxtlar yaşamış insanların doğma
yurdlarına yenidən qayıtması, eləcə də digər insanların buraya gəlib fəaliyyət
göstərmələri üçün ən vacib məsələlərdən biri də minaların təmizlənməsi
prosesidir. Buranın çox münbit torpağı var. Ona görə də burada təkcə sənaye
üçün deyil, kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait var”, – deyə
Turki Al Faysal qeyd edib.

Source link