Türkiyə əsgərləri pusquya düşüb: Ölən var

Türkiyə əsgərləri pusquya düşüb: Ölən var

Baxış sayı: 5. 399 dəfə baxılıb.

Türkiyədə – Batmanda terrorçular tərəfindən təhlükəsizlik qüvvələrinə qarşı pusqu qurulub.

ÇıxışYolu.Com xəbər verir ki, nəticədə bir Türkiyə əsgəri şəhid olub, iki əsgər yaralanıb.

Pusqu Batmanın Gerçüş rayonu, Mava dağı bölgəsində, PKK terrorçuları tərəfindən qurulub.

Meşəlik ərazidə axtarış aparan əsgərlərlə terrorçular arasında atışma baş verib.

Atışma sonrası hadisə yerindən qaçan terrorçuların tapılması istiqamətində geniş əməliyyat başlanılıb.

www.ÇıxışYolu.Com