Türkiyə ilə Yunanıstan qarşı-qarşıya: Bayraq yandırıldı

Türkiyə ilə Yunanıstan qarşı-qarşıya: Bayraq yandırıldı

Baxış sayı: 4. 420 dəfə baxılıb.

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanda türk bayrağının yandırılması ilə bağlı sərt mövqe nümayiş etdirib.

ÇıxışYolu.Com-ın məlumatına görə, Türkiyə XİN bu hərəkəti şiddətlə qınadığını açıqlayıb:

“5 mart tarixində bir qrup irqçi partiya tərəfindən Yunanıstanın paytaxtı Afinada ölkəmiz əleyhinə keçirilən aksiya zamanı bayrağımızın yandırılmasını şiddətlə qınayırıq.

Bayrağımıza qarşı bu iyrənc hərəkəti həyata keçirən cinayətkarların tutulmalarını və ən qısa zamanda məhkəmə qarşısına çıxarılmalarını yunan orqanlarından gözləyirik”.

Nazirlik rəsmi saytında məsələ ilə bağlı açıqlama verərək Yunanıstan prezidenti Pavlopolosdan iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlıq naminə qarşı tərəfə hörmət edilməsini tələb edib:

“Prezident Prokopis Pavlopulosu beynəlxalq hüquqa və ölkəmizin sərhədlərinə hörmət etməyə, məqamına yaraşmayan, səbəbsiz yerə gərginliyə yol açacaq ritorikalardan imtina etməyə dəvət edirik”, – deyə XİN bildirib.

.
www.ÇıxışYolu.Com