Türkiyədə azərbaycanlı transseksual öldürüldü – FOTO + VİDEO

Türkiyədə azərbaycanlı transseksual öldürüldü – FOTO + VİDEO

Baxış sayı: 8. 919 dəfə baxılıb.

İstanbulda hoteldə meyiti tapılan Azərbaycan əsilli, Roman adlı transseksualın qatili yaxalanıb.

ÇıxışYolu.Com Milliyet-ə xəbər verir ki, onun qatilinin İran əsilli Aşkan Kazemi olduğu bəlli olub.

Aşkan Kazemi Romanı öldürdükdən sonra mindiyi taksinin şoferini yaralayıb. Daha sonra onu soyaraq Bursaya gedib, orada bir qadın şoferə qarşı eyni əməli təkrarlamaq istəyərkən ələ keçib.

Qatilin kimliyi hotel kameraları vasitəsi ilə müəyyənləşdirilib.

O, polis idarəsinə “əvvəlcə qadın zənn etdim, transseksual olduğunu gördüm, dalaşdıq və öldürdüm” deyib.

Hadisənin təfərrüatını araşdıran polis onun 8 Martda Tarlabaşı Altın Bakkal küçəsində, üçmərtəbəli hotelin otağında Romanı öldürdüyünü müəyyən edib.

Romanın boğaz nahiyəsində kəsiklər olduğu, bıçaqlandığı, daha sonra boğulduğu bəlli olub.

“İstiqlal küçəsində gəzərkən rastlaşdım, 200 lirəyə razılaşdıq. Hotelə gəldik. Qadın zənn etmişdim, kişi olduğunu görəndə getməsini istədim. Ancaq o pul istədi, dalaşdıq, öldürdüm”, – İran əsilli qatil bildirib.

Faktla bağlı cinayət işi açılıb.

www.ÇıxışYolu.Com