Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı: Onlarla yaralı var

Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı: Onlarla yaralı var

Baxış sayı: 6. 230 dəfə baxılıb.

Türkiyənin Antalya əyalətində hərbçiləri daşıyan avtobusun aşması nəticəsində azı 23 nəfər xəsarət alıb, İHA agentliyi xəbər verir.

ÇıxışYolu.Com-ın məlumatına görə, qəza şənbə günü axşam baş verib. Antalya əyalətində Kestel qəsəbəsi yaxınlığında sürücü idarəetməni itirib və avtobus aşıb.

Hadisə nəticəsində 22 hərbçi və avtobus sürücüsü yaralanıb.

Xəsarət alanlar Antalya xəstəxanalarına yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

www.ÇıxışYolu.Com