Türkiyədən Avstriyanın təhdidlərinə sərt reaksiya

Türkiyədən Avstriyanın təhdidlərinə sərt reaksiya

Baxış sayı: 3. 446 dəfə baxılıb.

Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Ömər Çelik Avstriyanın baş naziri Sebastyan Kurzun Türkiyə haqqında səsləndirdiyi iddialara sərt cavab verib.

ÇıxışYolu.Com xəbər verir ki, Ömər Çelik bu haqda öz tvitter hesabında paylaşım edib. Bildirib ki, həm Türkiyə, həm də Avropa İttifaqı arasında münasibətlər müsbətə doğru irəlilədiyi bir zamanda Kurz hər zamankı kimi “ağıldan uzaq bəyanat”lar verir:

“Kurz kimilərinə rəğmən biz öz işimizə baxırıq. Dünyanın və bölgəmizin ehtiyacı olan məhsulları istehsal etmək üçün çalışırıq”.

Kurzun Türkiyə ilə üzvlük müzakirələrinin dayandırılması lazım olduğunu söylədiyini xatırladan Çelik “təkcə Türkiyə haqqında deyil, hər mövzuda Kurzun açıqlamalarının ciddiyə alınacaq bir tərəfinin olmadığını” qeyd edib.

.
www.ÇıxışYolu.Com
“”