Türkiyəli deputat Bakı Forumunda infarkt keçirdi – YENİLƏNİB

Türkiyəli deputat Bakı Forumunda infarkt keçirdi – YENİLƏNİB

Baxış sayı: 6. 883 dəfə baxılıb.

“Ekmeleddin İhsanoğlunun səhhəti prezident İlham Əliyevin diqqət mərkəzindədir”

ÇıxışYolu.Com  APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Diasporla iş üzrə Dövlət komitəsinin sədr müavini Valeh Hacıyev bildirib.

“Ekmeleddin İhsanoğlunun səhhəti qəflətən pisləşdi, ilkin tibbi yardımın göstərilməsindən sonra Mərkəzi kliniki xəstəxanaya yerləşdirilib. Hazırda E.İhsanoğlunun vəziyyəti sabitdir, deputat həkimlərin nəzarətindədir” deyə o bildirib.

14:51

Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində vəziyyəti pisləşən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov APA-ya açıqlamasında deyib ki, E. İhsanoğlu bu gün infarkt keçirib: 

“İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. 

Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir”.

Qeyd edək ki, E. İhsanoğlu bu gün paneldə çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.

www.ÇıxışYolu.Com