Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ tərəfinin Rusiyanın S-400 zenit-raket komplekslərini almaqdan imtina çağırışına cavab verib.
ÇıxışYolu.Com-ın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, nazir ölkəsinin öz hava məkanını qorumaq məcburiyyətində olduğunu bildirib.
“Bu, bizim borcmuzdur və onlar bunu başa düşməlidir. ABŞ bizə “Patriot” komplekslərinin satışı ilə bağlı təminat verə bilərmi? Əgər onlar kovboylar haqqında filmlərdəki kimi istədiklərini edə biləcəklərini deyirlərsə, cavablarını alacaqlar”.