Türkiyə ABŞ-ın sanksiyalarına cavab verəcəyini bəyan edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
Daha öncə ABŞ-ın Maliyyə Nazirliyi amerikalı rahib Endryu Bransonun işi ilə əlaqədar Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib.
Nazirliyin verdiyi açıqlamaya əsasən, Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylu “insan haqlarının ciddi surətdə pozulmasında günahkardırlar”.
“ABŞ-ın bizim iki nazirə qarşı sanksiyalar tətəbiq etmək cəhdi cavabsız qalmayacaq”, – Çavuşoğlu “Twitter” hesabında yazıb.