Ankara ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləmir və bu ölkə ilə ticarət əlaqələrini davam etdirmək niyyətindədir.
ÇıxışYolu.Com xəbər verir ki, bu fikirləri “RİA Novosti”yə açıqlamasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz İran, Rusiya və digər ölkələrlə ticarət əlaqələrimizi davam etdirəcəyik. Türkiyə suveren və müstəqil dövlətdir. Əgər bu, BMT-nin sanksiyalarıdırsa, biz qoşulacağıq, əks halda bunlara əməl etməyəcəyik”, – o qeyd edib.
Sentyabrın 26-da ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton vəd edib ki, ABŞ heç bir ölkənin İrana qarşı sanksiyalardan yan keçməsinə imkan verməyəcək, Vaşinqton isə Tehrana qarşı iqtisadi təzyiqlərində amansız olacaq.
ÇıxışYolu.Com yeniləndi!