Türkiyə ABŞ və Avropadan hava hücumundan müdafiə sistemləri alacaq

Türkiyə ABŞ və Avropadan hava hücumundan müdafiə sistemləri alacaq

Baxış sayı: 2. 402 dəfə baxılıb.

Türkiyə hava hücumundan müdafiə (HHM) sistemlərinin alınması ilə bağlı İtaliya və Fransa ilə əməkdaşlıq etməyə razılıq verib.

ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib. 

Onun sözlərinə görə, söhbət SAMP/T komplekslərindən gedir. 

Bundan başqa, Ankara ABŞ-la “Patriot” sistemlərinin alınması imkanlarını müzakirə edir.

Baş katib əlavə edib ki, HHM sistemlərinin alınması üzv ölkələrin öz qərarıdır. Ancaq bəzi NATO ölkələrinin bu məsələdə davranışı narahatlıq doğurur. 

Şimali Atlantika Alyansı tərəfindən Türkiyəyə silah satılması təklifləri Moskva və Ankara arasında S-400 sistemləri ilə bağlı sazişin imzalanmasından sonra gəlməyə başlayıb. 

www.ÇıxışYolu.Com