Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan edib ki, Afrindəki hərbi əməliyyat maya qədər başa çatdırılacaq.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Çavuşoğlu Vyanada jurnalistlərə açıqlamasında bildirib.
Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə Şimali İraqda PKK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat aparacaq:
“Türkiyə ordusunun eyni zamanda həm Afrində, həm də Şimali İraqda əməliyyatlar aparmaq imkanı var”.