Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində terrorçulara qarşı həyata keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama yayıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, açıqlamada qeyd olunur ki, əməliyyatın 53 günündə məhv edilən PKK, YPG, PYD-li və İŞİD-çi terrorçuların sayı 3393-ə çatıb.
Onu da qeyd edək ki,əməliyyat başlanan gündən indiyədək Afrinin 177-si kənd, 37-si strateji yüksəklik olmaqla, 214 məntəqəsi nəzarət altına alınıb.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com