f2508e21-0bbe-41fb-96b1-8827ce30a29d..jpg

Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Azərbaycan yığmalarını ziyarət edib

Baxış sayı: 850 dəfə baxılıb.

Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Azərbaycan yığmalarını
ziyarət edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü hazırda
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan yığmalarını ziyarət edib.

Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.

T.Ünlü düşərgəyə gələrək fevralın 12-20-si aralığında Bolqarıstanda
keçiriləcək Avropa çempionatına və digər beynəlxalq yarışlara hazırlaşan
idmançı və məşqçi heyəti ilə görüşüb, onlarla söhbət edib.

O, Türkiyə və Azərbaycan yığmalarının birgə toplanış keçməsinin müsbət məqam
olduğunu, bunun daha böyük uğurlarla nəticələnəciyini, qardaş ölkələrin qitə və
dünya çempionatlarında, həmçinin Yay Olimpiya Oyunlarında birlikdə qələbələr
qazanacağına əminliyini bildirib.

Source link