Türkiyə amerikalı pastorun mühafizəsini gücləndirdi

Baxış sayı: 1. 691 dəfə baxılıb.

Türkiyə amerikalı pastorun mühafizəsini gücləndirdi

Türkiyədə təhlükəsizlik qüvvələri amerikalı pastor Endryu Bransonun mühafizəsini gücləndirib. 

ÇıxışYolu.Com-ın “Hurriyet”ə istinadən verdiyi məlumata görə, terror əleyhinə bölmələrin əməkdaşları, xüsusi təyinatlılar, habelə çevik polis ev dustağı olan pastorun yaşadığı evin ətrafında keşik çəkir. 

Şübhə doğuran insanlar və nəqliyyat vasitələri yoxlanılır. 

Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatında ABŞ-ın pastorun azad edilməsi üçün xüsusi əməliyyat keçirə biləcəyi ehtimallar səslənirdi. 

www.ÇıxışYolu.Com