Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin şəhərində həyata keçirdiyi antiterror “Zeytun budağı” əməliyyatı davam edir.
ÇıxışYolu.Com-ın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, 20 yanvarda başlayan əməliyyat nəticəsində zərərsizləşdirilən PKK-PYD və İŞİD terrorçularının sayı 3195 nəfərə çatıb.
TSQ bildirir ki, əməliyyatın məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək və Suriyadakı terrorçuları məhv etməkdir.