Türkiyə Atatürkün xatirəsini yad edir

Baxış sayı: 2. 598 dəfə baxılıb.

Türkiyə Atatürkün xatirəsini yad edir

Noyabrın 10-da Türkiyədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 80 illiyi münasibətilə tədbirlər keçirilir.

ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 1938-ci il noyabrın 10-da Türkiyə öz qurucusu və ilk prezidentini itirib.

O gündən noyabrın 10-da səhər saat 09:00-da ölkədə beş dəqiqəlik sükut elan edilir.

Türkiyənin müstəqilliyi uğrunda milli qurtuluş savaşına rəhbərlik edən Atatürk yeni dövlət qurub, bir sıra siyasi, sosial və mədəni islahatlar həyata keçirib. Türkiyə Böyük Millət Məclisinin sədri, daha sonra ölkə prezidenti kimi o, həm Türkiyədə, həm də ölkənin hüdudlarından kənarda böyük  sevgi və ehtiram görüb.

Bu münasibətlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, nazirlər, müxalifət liderləri və ictimaiyyət nümayəndələri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət ediblər. 

R.T.Ərdoğan məqbərənin qarşısına ay-ulduzlu çələng qoyub.

İstanbulda Taksim meydanında minlərlə insan toplaşaraq Türkiyə himnini oxuyub, millət atasının abidəsi önünə çiçək dəstələri qoyublar.

www.ÇıxışYolu.Com