Bolqarıstanın Varna şəhərində Türkiyə və Avropa İttifaqı liderləri arasında zirvə toplantısı start götürüb.
ÇıxışYolu.Com “Anadolu” xəbər agentliyinə istinadən məlumat verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan işgüzar şam yeməyində Avropa şurasının sədri Donald Tusk, Avropa Komissiyasının rəhbəri J.K.Yunker və Bolqarıstan baş naziri Boyko Borisovla görüşüb.
“Yevsinoqrad” sarayında baş tutan görüş mətbuata qapalı keçirilib. .
Ankaranın sammitlə bağlı əsas gözləntiləri, qarşılıqlı-etibar “atmosferinin” bərpa olunması, Türkiyə və Avropa İttifaqı arasında Gömrük birliyi haqqında sazişin yenilənməsi, Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi, Türkiyədə sığınacaq tapan Suriyalı qaçqınlara görə maddi yardımın tezləşdirilməsidir.
Türkiyə eyni zamanda Avropa İttifaqının Ankaranın terrora qarşı apardığı mübarizəyə dəstək olmasını istəyir.