Türkiyə-Azərbaycan hərbi təlimləri başa çatdı - FOTO

Türkiyə-Azərbaycan hərbi təlimləri başa çatdı – FOTO

Baxış sayı: 2. 320 dəfə baxılıb.

Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

ÇıxışYolu.Com-a Müdafiə Nazirliyindən verilən məlumata görə, birgə taktiki təlimin son günü “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

www.ÇıxışYolu.Com