6cb0a374-7ae1-420d-af17-54b2aaf0dc31..jpg

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

Baxış sayı: 516 dəfə baxılıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bakıda “Türk
şəhidliyi”ni ziyarət edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“106 il əvvəl Nuri Paşanın rəhbərliyi ilə Türkiyə ordusunun Azərbaycana gəlişi
və yazılan qəhrəmanlıq dastanı iki dövlət arasında qardaşlıq əlaqələrini
əbədiləşdirdi”.

“Report” xəbər verir ki, bu barədə fevralın 7-də keçiriləcək növbədənkənar
prezident seçkisini müşahidə etmək məqsədilə Azərbaycana gələn
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, türkiyəli millət
vəkili Şamil Ayrım Bakıda “Türk şəhidliyi”ni ziyarət edərkən deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əbədi
olacaq:

“Azərbaycan və Türkiyənin bütün şəhidlərinə Allah rəhmət eləsin!”

Ş.Ayrım xatırladıb ki, Türkiyənin ikinci ən böyük şəhidliyi Azərbaycandadır.

Source link