Türkiyə Azərbaycanla hesablaşmalarda milli valyutaya keçməyə hazırdır

Türkiyə Azərbaycanla hesablaşmalarda milli valyutaya keçməyə hazırdır

Baxış sayı: 2. 823 dəfə baxılıb.

Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçid üçün maneə görmür.

ÇıxışYolu.Com xəbər verir ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bu barədə Trend-ə müsahibəsində deyib.

N.Zeybekci bildirib ki, valyuta məzənnələrinin oynaması iqtisadiyyata mənfi təsir göstərir:

“Biz hesab edirik ki, valyuta məzənnələrinin oynaması bizim ölkələrin iqtisadiyyatına vura biləcəyi zərərdən yayınmaq üçün ticarət hesablaşmalarında Türkiyə lirəsi və Azərbaycan manatından istifadə ən səmərəli üsuldur”.

Nazirin fikrincə, müvafiq razılaşma hesablaşmalarda milli valyutaya keçid prosesini sürətləndirə bilər.

Qeyd edək ki, son illər Türkiyə başqa ölkələrlə ticarət hesablaşmalarında lirənin payını xeyli artırıb. Əgər 2013-cü ildə ixracda lirənin payı 2,6 faiz təşkil edirdisə, hazırda bu göstərici 13 faizə bərabərdir. İdxalda Türkiyənin milli valyutasının payı həmin dövr ərzində 3,1 faizdən təxminən 8 faizə qədər artıb.

Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Türkiyə ilə əmtəə dövriyyəsi 2,64 milyard dollar təşkil edib, bunun 1,37 milyardı bu ölkəyə ixracın payına düşür.

2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 14,8 faiz artıb. Cari ilin ilk rübündə Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 573,1 milyon dollar (il ərzində 3,7 faiz artım) təşkil edib.

www.ÇıxışYolu.Com