1dfa88bf-e53c-4717-8536-9f3d9a7ed39c..jpg

Türkiyə Böyük Millət Məclisi hərəkətə keçdi: Sosial media fenomenləri izlənəcəklər

Baxış sayı: 784 dəfə baxılıb.

Türkiyə Böyük Millət Məclisi hərəkətə keçdi: Sosial media fenomenləri
izlənəcəklər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə sosial media fenomenləri ilə bağlı araşdırmalar davam etdiyi bir
zamanda Türkiyə Böyük Millət Məclisi də hərəkətə keçib.

Bununla bağlı hazırlanan qanun layihəsində sosial mediada fəaliyyət göstərən
şəxslərin gəlirlərinin araşdırılması, qeydiyyata alınması və vergiyə cəlb
edilməsi nəzərdə tutulur.

Son zamanlar gündəmdə olan sosial media fenomenləri ilə bağlı təhqiqatlar
çərçivəsində bəzi şəxslər həbs ediliblər, çirkli pulların yuyulması üzrə
araşdırmaların əhatə dairəsi genişləndirilib. Fenomenlərlə bağlı yeni
tənzimləmə qaydalarının tətbiqi üçün işlərə başlanılıb.

Yeni qaydalara əsasən, fenomenlərin gəlirləri daim diqqət mərkəzində olacaq,
qazanclarının mənbəyi araşdırılacaq, gəlirləri tam şəkildə vergiyə cəlb
olunacaq.

Həmçinin sosial media platformaları üçün də yeni qaydalar tətbiq edəcək.
Qaydalara əməl edilməzsə, bu platformalar məhdudlaşdırılmalara, yayım və reklam
qadağalarına məruz qalacaq. Hətta lisenziyanın ləğvi də daxil olmaqla, bəzi
sanksiyaların tətbiq də mümkün olacaq.

Xatırladaq ki, Türkiyədə son zamanlar bir çox tanınmış sosial media
fenomenləri çirkli pulların yuyulması və digər ittihamlar üzrə istintaqa cəlb
olunub, bəziləri haqqında həbs qərarı verilib.

Mənbə: TRT Haber

Source link