Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Şuşada olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun rəhbərlik etdiyi
parlament nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində oktyabrın 19-da Şuşa
şəhərində olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə
görə, nümayəndə heyətini Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər
rəsmi şəxslər müşayiət ediblər.
Şuşada qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab
Prezidentİlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin
bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.
Sonra TBMM-in nümayəndə heyəti Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş rəsm sərgisi ilə tanış olub.
Qonaqlar Saatlı və Yuxarı Gövhər ağa məscidlərində, Cıdır düzündə olmuş,
Şuşanın Qala divarlarını seyr etmişlər. Cıdır düzündə qonaqlara məlumat verilib
ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır
düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu
gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi
məkana çevrilib.