8472f8ca-4367-4229-8d3b-936437a03bf6..jpg

Türkiyə çempionatı oyunundan əvvəl futbolçular arasında dava düşdü – VİDEO

Baxış sayı: 731 dəfə baxılıb.

Türkiyə çempionatı oyunundan əvvəl futbolçular arasında dava düşdü – VİDEO

Türkiyə II Liqasında keçiriləcək “Bursaspor” – “Amedspor” oyunundan öncə
qalmaqal yaşanıb.

Cixisyolu.com xəbər verir ki, qonaq komandanın futbolçuları isinmə hərəkətləri üçün
meydana daxil olarkən ev sahibi azarkeşlər onlara qarşı şüarlar səsləndirib.

Oyunçuların bəzilərinin əks-reaksiya verməsi ilə məsələ böyüyüb və iki
komandanın futbolçularının davasına çevrilib.

Hadisələrə mühafizə xidmətinin əməkdaşları müdaxilə etməli olub. Bununla bağlı
görüntülər “Amedspor”un sosial şəbəkə hesabında paylaşılıb.

Ötən gecə də bir qrup şəxs “Amedspor”un qaldığı hotelin qarşısında fişənglər
ataraq millətçi şüarlar səsləndirib.

Source link