1859c077-d37d-48d3-9f01-52a39e8b58aa..jpg

Türkiyə çempionu darmadağın oldu – VİDEO

Baxış sayı: 844 dəfə baxılıb.

Türkiyə çempionu darmadağın oldu – VİDEO

Türkiyə Superliqasının 18-ci turunda “Alanyaspor” son çempion “Trabzonspor”la
qarşılaşıb.

Kırbıyık Holdinq Stadionunda keçirilən qarşılaşmada Françesko Fariolinin
yetirmələri 5-0 hesabı ilə qalib gəliblər.

14-cü dəqiqədə Efecan Karaca, 37-ci və 45-ci dəqiqədə Əhməd Həsən, 75-ci
dəqiqədə Vilson Eduardo və 78-ci dəqiqədə Yusuf Özdəmirin vurduğu qollar
“Alanyaspor”a qələbə qazandırıb.

Bu nəticədən sonra mövsümün ən böyük hesablı məğlubiyyətini yaşayan
“Trabzonspor” 29 xalla lider “Qalatasaray”dan 10 xal geri qalır. “Alanyaspor”
isə xalını 24-ə yüksəldib.

Superliqanın 19-cu həftəsində “Trabzonspor” “Başakşəhər”lə qarşılaşacaq.


Source link