b6867a8f-9ad2-48d3-a72c-7488b5087d49..jpg

Türkiyə çempionunun yeni baş məşqçisi məlum oldu

Baxış sayı: 890 dəfə baxılıb.

Türkiyə çempionunun yeni baş məşqçisi məlum oldu

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Super Liqa təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, komanda
xorvatiyalı Nenad Byelitsaya tapşırılıb. 51 yaşlı mütəxəssislə müddəti 2024/25
mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Son olaraq ölkəsində “Osiyek”i çalışdıran Byelitsa keçən ilin yayından işsiz
idi.

Xatırladaq ki, “Trabzonspor” martda Abdullah Avcı ilə yolları ayırmışdı.

Qeyd edək ki, son Türkiyə çempionu bu mövsüm uğursuz çıxış edir. Komanda Super
Liqada 28 oyunda 45 xal toplayıb və 6-cı pillədədir.

Source link