Türkiyə Cocuq Mərcanlının inkişafına dəstək göstərir – FOTO

Türkiyə Cocuq Mərcanlının inkişafına dəstək göstərir – FOTO

Baxış sayı: 2. 308 dəfə baxılıb.

Türkiyə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yenidənqurma və inkişaf layihələrini dəstəkləyir.

ÇıxışYolu.Com  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi və qardaş ölkədən olan bir sıra təşkilatlar və şirkətlər Erməni işğalçılarından azad edilmiş Cocuc Mərcanlı (Cəbrayıl rayonu) kəndində bir sıra layihələrin icrasına başlayıb.

Türkiyə Cocuq Mərcanlının inkişafına dəstək göstərir – FOTO

Türkiyə hökumətinin təşəbbüsü ilə kənddə arıçılıq, heyvandarlıq və istixana təsərrüfatı ilə bağlı bir sıra layihələr işə salınıb.

Lahiyənin məqsədi Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətti yaxınlığında yerləşən bu yaşayış məntəqəsində yerli sakinlərin məşğulluq səviyyəsini qaldırmaqdır.

Türkiyə Cocuq Mərcanlının inkişafına dəstək göstərir – FOTO

Layihələrin Cocuq Mərcanlı sakinlərinə təqdim olunmasında Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Cəbrayıl rayon icra hakimiyyəti başçısı Kamal Həsənov, Türkiyənin əməkdaşlıq və koordinasiya agentliyi (TİKA) əməkdaşları, Azərbaycan və Türkiyə  iş adamları və sənayeçiləri ictimai birliyinin əməkdaşları, həmçinin “ZıraatBank Azərbaycan”nın əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bölgənin inkişafına verdiyi töhfələrə görə Türkiyə hökumətinə minnətdarlıq edib. Məmmədovun sözlərinə görə, türk təşkilatlarının gerçəkləşdirdiyi layihələr Türkiyə və Azərbaycan arasında qardaş münasibətlərin bariz nümunəsidir.

Türkiyə Cocuq Mərcanlının inkişafına dəstək göstərir – FOTO

Türkiyəli səfir öz növbəsində Azərbaycan prezidenti İlham Əliyevin sözlərini xatırladaraq, Cocuq Mərcanlının geri alınmasının azərbaycanlıların öz doğma Qarabağ torpaqlarının geri qayıtmasının başlanğıcı olduğunu bildirib.

“Cocuq Mərcanlı təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün bir simvoldur”, – deyə diplomat qeyd edib.

.
www.ÇıxışYolu.Com