Türkiyə Davos forumunu boykot edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə rəsmilərindən Davosda Dünya
İqtisadi Forumunu buraxmağı xahiş edib.
Məlumata görə, forumda Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək
iştirak etməli idi, lakin Ərdoğan buna icazə verməyib.
Bildirilib ki, müvafiq qərara tədbir təşkilatçılarının Qəzza zolağında baş
verənlərlə bağlı mövqeyi səbəb olub.
Qeyd edək ki, Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus
Şvab HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyib.
Mənbə: Bloomberg