7817695f-ab4f-47da-879c-94dde1613cd1..jpg

Türkiyə Dövlət Teatrları Baş İdarəsinin rəisi: “Azərbaycanlı olmağımla qürur duyuram”

Baxış sayı: 417 dəfə baxılıb.

Türkiyə Dövlət Teatrları Baş İdarəsinin rəisi: “Azərbaycanlı olmağımla qürur
duyuram”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaxın zamanda Azərbaycana səfərim olacaq. Azərbaycanla Türkiyə arasında teatr
sənətinin inkişafı ilə bağlı, eləcə də çox darıxdığım ata-baba torpaqlarımızı
görməyə gedəcəyəm. Əslən azərbaycanlı olmağımla qürur duyuram”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Dövlət Teatrları Baş
İdarəsinin rəisi Tamer Karadağlı bildirib.

T.Karadağlı Ankarada keçirilən Türkiyə-Azərbaycan 3-cü Müştərək Toplantısını
da dəyərləndirib.

“Türkiyə ilə Azərbaycan arasında qurulan əlaqələr qarşıdakı müddətdə daha da
yüksələcək. Əməkdaşlıq mübadiləsi davam edir, mədəniyyət sahəsində də həmçinin.
Bu baxımdan, toplantı da çox məhsuldar keçdi”, – o vurğulayıb.

Source link