Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “F-35” təyyarələrinin əvəzinə Rusiya istehsalı olan “Su-35” və “Su-57” döyüş təyyarələrinin alınacağını istisna etməyib.
“Reuters” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rusiyaya səfəri ilə bağlı jurnalistlərin suallarına cavab verərkən deyib.
“Niyə də yox? Biz bura əbəs yerə gəlməmişik”, – deyə Ərdoğan bildirib.
O, həmçinin qeyd edib ki, qərar ABŞ prezidenti Donald Trampla telefon danışığından və Türkiyənin “F-35” proqramında iştirakı ilə bağlı ABŞ-ın yekun mövqeyini dəqiqləşdirdikdən sonra veriləcək.