Türkiyənin müdafiə sənayesi katibliyi Türkiyə bayrağı altında ilk dəfə havaya qalxan beşinci nəsil “F-35A Lightning II” çoxfunksiyalı qırıcısının görüntüsünü yayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Görüntüdə ABŞ-ın Fort-Uerte aerodromundan qalxan qırıcının havada müxtəlif manevrlər etdiyini görmək olur. Tədarük müqaviləsinə əsasən, ABŞ Türkiyəyə ilk “F-35A” qırıcısını iyun ayında təhvil verəcək.
Türkiyə hərbi hava qüvvələrinin iki pilotu həmin təyyarənin idarəolunması ilə bağlı ABŞ-da təlim keçir. Plana görə, sentyabr ayında iki “F-35A” qırıcısı həmin pilotların idarəçiliyi altında ABŞ-dan Türkiyəyə uçacaq.
Qeyd edək ki, bir qırıcı Türkiyəyə 103 milyon dollara başa gələcək.