Türkiyə, Fransa, Rusiya və Almaniya Suriyanın suverenliyini dəstəklədilər

Baxış sayı: 2. 442 dəfə baxılıb.

Türkiyə, Fransa, Rusiya və Almaniya Suriyanın suverenliyini dəstəklədilər

Türkiyə, Fransa, Rusiya və Almaniya Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyiblər.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Suriya üzrə İstanbulda keçirilən dördtərəfli görüşün nəticələrinə dair qəbul edilmiş kommünikedə deyilir.

Xatırladaq ki, Suriya nizamlanmasına dair Rusiya, Türkiyə, Fransa və Almaniya liderləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Emmanuel MakronAngela Merkelin dördtərəfli görüşü şənbə günü istanbulda baş tutub.

“Türkiyə, Fransa, Rusiya və Almaniya liderləri Suriya münaqişəsinə dair son hadisələri nəzərdən keçirərək münaqişələrin istər region, istərsə də qlobal təhlükısizlik və sabitlik üçün doğurduğu təhdidlərdən ümumi qayğısını ifadə edir.

Onlar Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini bir daha təsdiqləyirlər”, – sənəddə deyilir.

Liderlər həmçinin qeyd ediblər ki, sözügedən münaqişəni hərbi yolla həll etmək mümkün deyil və bu, siyasi proseslər çərçivəsində həyata keçirilməlidir.

www.ÇıxışYolu.Com