a5b900c3-12a1-44a5-9545-92cadadf3842..jpg

Türkiyə Futbol Federasiyası “İstanbulspor”a ciddi cəza təyin edib

Baxış sayı: 427 dəfə baxılıb.

Türkiyə Futbol Federasiyası “İstanbulspor”a ciddi cəza təyin edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqasının XVII turunda keçirilən “İstanbulspor” – “Trabzonspor”
matçında baş verən qalmaqalla bağlı qərar verilib.

Oyunun 73-cü dəqiqəsində, hesab 1:1 olarkən İstanbul klubunun prezidenti Ecmel
Faik Sarıalioğlu hakim idarəçiliyinə etiraz edərək komandanı meydandan çıxarıb.

Türkiyə Futbol Federasiyasının çıxardığı qərara əsasən, “İstanbulspor”un üç
xalı silinib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub
prezidenti Ecmel Faik Sarıalioğlu üç aylıq futboldan uzaqlaşdırırlıb. O, 780
min lirə (45 474 manat) cərimə də edilib.

Həmçinin, azarkeşlərin davranışına görə “İstanbulspor” növbəti ev oyununu boş
tribunalar qarşısında keçirməli olacaq.

Mənbə: TFF

Source link