Nigeriya sahillərində naməlum silahlı şəxslər gəmiyə hücum edərək 10 türkiyəli dənizçini qaçırıb.
“Anadolu” agentliyi xəbər verir ki, gəmidə 18 Türkiyə vətəndaşı olub.
Türkiyə bayrağı altında üzən “Paksoy-I” gəmisinə hücum ötən gün axşam saatlarında baş verib.
Qaçırılan dənizçilərin adları hələlik məlum deyil.