01783d26-5abd-4487-acf4-92679333050b..jpg

Türkiyə HHQ Şimali İraqda terrorçulara məxsus hədəfləri məhv edib – FOTO

Baxış sayı: 1. 222 dəfə baxılıb.

Türkiyə HHQ Şimali İraqda terrorçulara məxsus hədəfləri məhv edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Şimali İraqda reyd keçirərək Kürdüstan
Fəhlə Partiyasının (PKK) 12 silahlı hədəfini məhv edib.

Bu barədə Respublika Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində (keçmiş
“Twitter”) məlumat yayıb.

“Türkiyə Hərbi Hava Qüvvələri BMT Nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı
5-ci maddəsini rəhbər tutaraq, noyabrın 7-də İraqın şimalında Qara və Qəndildə
hava əməliyyatı keçirib. Bölgələrdə terror təşkilatının 12 hədəfi vurulub”, –
bəyanatda deyilir.

Qeyd edilir ki, PKK rəhbərliyinin nümayəndələri də daxil olmaqla, xeyli sayda
yaraqlı məhv edilib.

Ansızın gelmeye, teröristlerin inlerini başlarına yıkmaya devam ediyoruz! 🇹🇷
#MillîSavunmaBakanlığı

pic.twitter.com/XGgfsqsQ3l
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 7, 2023

Source link