Türkiyə ilə Batumi arasındakı sərhəd-keçid məntəqəsi bağlanır

Türkiyə ilə Batumi arasındakı sərhəd-keçid məntəqəsi bağlanır

Baxış sayı: 3. 013 dəfə baxılıb.

Türkiyə Gömrük və Ticarət Nazirliyi 22.03.2018 tarixində, saat 08.00-20.00  arasında  Sarp sərhəd-keçid məntəqəsinin müvəqqəti bağlanacağını açıqlayıb. 

ÇıxışYolu.Com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərhəd keçid məntəqəsindən minik, eləcə də yük nəqliyyatı vasitələrinin hərəkəti dayndırılacaq. 

Nazirlikdən bildirilir ki, Sarp sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi çərçivəsində  Gürcüstan tərəfdə inşaat işləri aparılır:

“Bu səbəbdən sərhəd-keçid məntəqəsinə giriş-çıxışlar Türkiyədən çıxış istiqaməti iki hissəyə bölünərək aparılır. Artıq Gürcüstanda sərhəd-keçid məntəqəsindən giriş istiqamətində inşaat işləri başa çatıb, Türkiyənin çıxış istiqamətində də inşaat işlərinin davam etdirilməsi planlaşdırılır”.

www.ÇıxışYolu.Com