Türkiyə ilə birgə fondun təsis edilməsi üzrə müzakirələr aparılır – RƏSMİ

Baxış sayı: 1. 855 dəfə baxılıb.

“Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondunun təsis edilməsi prioritet sahələrdə həyata keçiriləcək və strateji əhəmiyyət daşıyan birgə investisiya layihələrin sistemli və çevik maliyyələşdirilməsini təmin edə bilər”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda baş tutan Türkiyə-Azərbaycan işgüzar görüşü zamanı deyib.

“Gələcəkdə iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə Biznes Şurasının, eləcə də bu mexanizm çərçivəsində qarşılıqlı investisiyaların təmin edilməsi üzrə birgə İşçi Qrupunun təsis edilməsi yeni layihələrin həyata keçirilməsinə əlavə imkan yarada bilər”, – deyə nazir bildirib.

Mikayıl Cabbarov əlavə edib ki, bu ilin fevral ayında Hökumətlərarası İqtisadi Komissiyanın işi çərçivəsində əldə edilmiş razılığa əsasən hazırda Azərbaycan İnvestisiya Şirkəti ASC və Türkiyə Varlıq Fondunun nümayəndələri arasında birgə Fondun yaradılması imkanları üzrə müzakirələr aparılır və bu iş sürətlə irəliləyir.