Türkiyə ilə sənaye və texnologiya sahələrində əməkdaşlığın inkişafı müzakirə
olunub – YENİLƏNİB + FOTO
İqtisadiyyat Nazirliyində Türkiyənin sənaye və texnologiya naziri ilə
keçirilən görüşdə türk iş adamlarının Azərbaycanda yeni layihələrdə iştirakı,
sənaye parkları və məhəllələrinə investisiya yatırılması məsələləri müzakirə
edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiya naziri
Mehmet Fatih Kacır ilə görüşüb.
Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif
istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. İqtisadi tərəfdaşlığın
genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya
sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın
gücləndirilməsi imkanları qeyd edilib.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının
Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və
məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparıblar.
15:14
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və
texnologiya naziri Mehmet Fatih Kacir ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında məlumat verib.
“Biz iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif
istiqamətlərdə, eləcə də sənaye və texnologiya sahəsində inkişafından məmnunluq
ifadə etdik, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi
apardıq”, – o qeyd edib.
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır (@mfatihkacir
dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, həmçinin#sənaye
#texnologiya
sahələrində inkişafından məmnunluq ifadə etdik, əməkdaşlığımızın perspektivləri
ətrafında…pic.twitter.com/tZnsxzchgA
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 2, 2023