Türkiyə ilə sərhəddə 400 kiloqram heroin ələ keçirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bolqarıstanın hüquq-mühafizə orqanları Türkiyə ilə sərhəddə yerləşən Kapitan
Andreevo keçid məntəqəsində 400 kiloqram heroin müsadirə ediblər.
Məlumata görə, narkotik vasitələr daşınma zamanı döşəklərin arasında
gizlədilib və “risk analizi” əsasında yükün hərtərəfli yoxlanılması həyata
keçirilərkən aşkarlanıb.
Digər təfərrüat açıqlanmayıb.
İstintaq Haskovo Şəhər Prokurorluğunun rəhbərliyi ilə davam etdirilir.
Mənbə: TASS