Türkiyə iqtisadiyyatı çöküşdə: Lirə yenidən ucuzlaşmağa başladı

Türkiyə iqtisadiyyatı çöküşdə: Lirə yenidən ucuzlaşmağa başladı

Baxış sayı: 2. 511 dəfə baxılıb.

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz dərəcəsini 13.5%-dən 16.5%-ə qaldırması lirənin ucuzlaşmasının qarşısını ala bilməyib. 

ÇıxışYolu.Com xəbər verir ki, bankın faiz qərarı valyutanın məzənnəsinə müvəqqəti təsir edib.

Belə ki, MB-ın faizləri artırmasından sonra dollar/lirə nisbəti 4,69 lirəyə düşsə də, günorta saatlarına keçirilən valyuta əməliyyatlarında dollar 4 faiz bahalaşaraq, 4.7882 lirə təşkil edib. 

Türkiyə iqtisadiyyatı çöküşdə: Lirə yenidən ucuzlaşmağa başladı

İqtisadçı-ekspert Samir Əliyev ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, 2018-ci ilə ABŞ dolları qarşısında 3,79 məzənnəsi ilə başlayan Türkiyə lirəsi 22,7% dəyər itirərək, hazırda 4,69-a düşüb.

Türkiyə iqtisadiyyatı çöküşdə: Lirə yenidən ucuzlaşmağa başladı

Rusiya bankı Türkiyəni tərk etdi 

“Lirənin beş ay ərzində dəyərinin 1/4-i qədər devalvasiyaya uğramasını ölkədə iqtisadi qeyri-sabitliyin əsas indikatoru hesab etmək olar. Səbəb son dövrlər emosional, dayanıqlığı təmin edən institutların mövqeyini zəiflədən və buna görə də investorları çəkindirən iqtisadi-siyasətin yürüdülməsidir.

Erkən seçki qərarı və seçkidən sonra mövcud hakimiyyətin mövqeyinin güclənməsi ehtimalı investorları ehtiyatlı olmağa sövq edir. 

Artıq Rusiyanın ən böyük bankı olan “Sberbank” Türkiyənin beşinci ən böyük bankı olan törəmə müəssisəsini –“ Denizbank”ı ərəblərə dəyərindən ucuz sataraq, bazarı tərk edib. Səbəb kimi Türkiyədə rəqabətin sərtləşməsi və ölkə bazarında işləməyin çətinliyi göstərilir.

Erkən seçki qərarı bazarda gərginliyi daha da artırıb, lirə təkcə may ayında dəyərini 13,6% itirib və hökumət bazara ciddi müdaxilə etməsə, investorları sakitəşdirəcək mesajlar ötürməsə, ən azı seçki günününə qədər ucuzlaşma davam edəcək”, – deyə ekspert qeyd edib.

Türkiyə iqtisadiyyatı çöküşdə: Lirə yenidən ucuzlaşmağa başladı

Lirə niyə ucuzlaşır? 

Ekspert deyir ki, lirənin ucuzlaşmasının səbəblərini tədiyyə balansında aydın görmək olur:

“2018-ci ilin I rübündə birbaşa investisiyalar 9,4% azalaraq, 181,5 milyard dollardan 164,5 milyard dollara düşüb. Portfel investisiyalarında da azalma qeydə alınıb – (0,5%). Türkiyə banklarının xarici ölkələrdəki depozitləri 6%-dən çox azalıb. 

Cari hesablar balansında da vəziyyət pisləşib. Təkcə malların xarici ticarətdə kəsir bir il ərzində (I rüb 2017 – I rüb 2018) 8,5 milyard dollardan 17,2 milyard dollara qədər artıb. Xidmətlər balansının müsbət saldosu cari hesablar balansının iki dəfə azalmasının qarşısını ala bilməyib.

Tədiyyə balansının pisləşməsi rəsmi valyuta ehtiyatlarını da əridib. Təkcə mart ayından rəsmi ehtiyatlar 4,3 milyard dollar azalıb. Halbuki yanvar ayında 4,3 milyard dollar artım qeydə alınmışdı”.

Türkiyə iqtisadiyyatı çöküşdə: Lirə yenidən ucuzlaşmağa başladı

Ölkə investisiya cəlbində çətinliklərlə üzləşə bilər

S.Əliyevin sözlərinə görə,  lirənin ucuzlaşması Türkiyə ixracının rəqabət qabiliyyətini artırsa da, ölkə investisiya cəlbində çətinliklərlə üzləşə bilər. Digər tərəfdən, kapital axını milli valyutanın sabitliyini təhlükə altına alır:

“Türkiyəyə investisiya yatırmış Azərbaycan da bu ölkədə iqtisadi sabitliyin olmasında maraqlıdır. Ancaq iqtisadi qərarların verilməsində mövcud yanaşmalara korrektələr edilməsə, Türkiyə iqtisadiyyatını qarşıda ağır dövr gözləyir”.

Leyla Əliyeva
www.ÇıxışYolu.Com