Bu gün səhər saatlarında Türkiyə-İran sərhədinin Aralık rayonundakı Şəhid Bülent Aydın Hudut məntəqəsinə hücum olub.
ÇıxışYolu.Com Türkiyə KİV-ə istinadən xəbər verir ki, hücum PKK terrorçuları tərəfindən həyata keçirilib.
Hadisə zamanı bir əsgər ölüb, ikisi isə yaralanıb. Yaralılar dərhal Iğdır dövlət xəstəxanasına aparılıb.
Terrorçular hadisədən sonra qaçmağa müvəffəq olublar. Onların yaxalanması üçün əməliyyat başlanılıb.
Samir İsayev