Türkiyə İraqda 10 terrorçu zərərsizləşdirib – FOTO

Türkiyə İraqda 10 terrorçu zərərsizləşdirib – FOTO

Baxış sayı: 5. 947 dəfə baxılıb.

Türkiyə ordusu İraqın şimalındakı Hakurq və Xani Raş bölgələrinə təşkil etdiyi hava dəstəkli əməliyyatlarda 10 terrorçu zərərsizləşdirib.

ÇıxışYolu.Com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri əməliyyatın fotolarını paylaşıb.

Bildirilir ki, III Piyada Tüməni Komandanlığı betondan düzəldilmiş bir çox sığınacaq aşkarlayıb.

Əməliyyat çərçivəsində terrorçulara aid silah-sursat ələ keçirilib.

Bölgənin təxminən 2 min 500 metr yüksəklikdəki dağlıq və qayalıq əraziklərində havadan dəstək verilən əməliyyatlarla 10 terrorçu zərərsizləşdirilib.

www.ÇıxışYolu.Com