Türkiyə İraqda istənilən əməliyyatlara hazırdır

Türkiyə İraqda istənilən əməliyyatlara hazırdır

Baxış sayı: 2. 310 dəfə baxılıb.

Ankara İraqın Qəndil bölgəsində əməliyyat aparmağa hazırdır.

ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin DİN rəhbəri Süleyman Soylu bildirib.

“Qəndil bizim üçün əvvəllər olduğu kimi elə də uzaq hədəf deyil”, -deyə nazir NTV telekanalının efirində bildirib.

Nazirin sözlərinə görə, İraqın şimalında fəaliyyət göstərən PKK terrorçu qruplaşması Türkiyə üçün təhlükə yaradır.

“Qəndil olana qədər, Diyarbəkir terrorçulardan azad olmayacaq. Türkiyə bundan sonra Qəndildə baş verənlərə kənardan tamaşa etmək niyyətində deyil. Həmin dönəmlər keçmişdə qalıb. Bu gün Türkiyə istənilən ərazidə istənilən vaxt istənilən miqyasda əməliyyat həyata keçirə bilər ”, -deyə Soylu vurğulayıb.

.
www.ÇıxışYolu.Com