ca35e835-ae4e-4b9c-836f-42e5606f79a4..jpg

Türkiyə İsveçdə Quranı yandıran Paludanla bağlı istintaqa başlayıb

Baxış sayı: 867 dəfə baxılıb.

Türkiyə İsveçdə Quranı yandıran Paludanla bağlı istintaqa başlayıb

Ankaranın Baş Prokurorluğu ötən həftə Türkiyənin Stokholmdakı səfirliyi
yaxınlığında Quranı yandırmaqla aksiya keçirən sağçı ekstremist “Sərt Kurs”
partiyasının lideri Rasmus Paludana və Haaqada Quran nüsxəsini cıran
Niderlandda fəaliyyət göstərən “Vətənpərvər avropalılar Qərbin islamlaşmasına
qarşı” (PEGIDA) sağçı ekstremist hərəkatının lideri siyasətçi Edvin
Vaqensveldlə bağlı araşdırmalara başlayıb.

İşin başlanmasına səbəb həmin şəxslərin son vaxtlar İsveç və Niderlanddakı
əməlləri olub.

İstintaq Türkiyə Cinayət Məcəlləsinin bir sıra maddələri, xüsusilə də nifaq və
düşmənçiliyin salınması, dini dəyərlərin tapdalanması və ictimai etiqadı təhqir
etmə məsuliyyəti ilə bağlı başlanılıb.

Qeyd edək ki, Paludanın hərəkəti Türkiyə ilə İsveç arasında ciddi qalmaqala
səbəb olub. O, Quranın yandırılmasından əvvəl etdiyi çıxışda Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanı tənqid edib, həmçinin Məhəmməd peyğəmbərin karikaturasını
nümayiş etdirib. Ərdoğan bildirib ki, Stokholmdakı bu və digər anti-Türkiyə
hərəkətlərindən sonra İsveç Ankaranın NATO-ya üzv olmaq ərizəsinə dəstək
verməyəcək. Hazırda İsveçin müraciətinin təsdiqi ilə bağlı proses dayandırılıb.
İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün isə müvafiq qanun layihəsinin
Türkiyə Parlamenti tərəfindən təsdiqi tələb olunur.

Mənbə: TASS

Source link