6171d3bd-6830-499c-84d6-ef9ca62c9cb8..jpg

Türkiyə kəşfiyyatı FETÖ-nün Azərbaycan strukturuna rəhbərlik edən şəxsi saxlayıb

Baxış sayı: 784 dəfə baxılıb.

Türkiyə kəşfiyyatı FETÖ-nün Azərbaycan strukturuna rəhbərlik edən şəxsi
saxlayıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) həyata keçirdiyi əməliyyat
nəticəsində FETÖ terror təşkilatının hazırkı maliyyə strukturuna daxil olan
Mehmet Cintosun saxlanılıb.

O, ölkə xaricində tutulub və Türkiyəyə gətirilib.

Türkiyə mətbuatı yazır ki, Mehmet Cintosun 1995-2014-cü illərdə FETÖ-nün
Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.

M.Cintosun 2014-cü ildə Türkiyəyə qayıdıb və 15 iyul çevrilişə cəhddən sonra
Türkiyədən qaçıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, o, xaricdə FETÖ terror
təşkilatının maliyyə resurslarını idarə edib və təşkilat üzvlərinə
maddi-texniki dəstək verib.

Mənbə: Anadolu

Source link