Türkiyə kəşfiyyatı PKK-nın “dron eksperti”ni zərərsizləşdirdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terror təşkilatının Suriyanın
Tel Rıfat bölgəsində texniki cihazlar və dronlar üzrə məsul şəxsini
zərərsizləşdirib.
PKK/YPG-nin “Akif Amed” kod adlı üzvü Bager Öndeş Suriyada həyata keçirilən
əməliyyat nəticəsində məhv edilib.
Onun əsasən terror təşkilatının Qərb ölkələrindən gətirdiyi dronları inkişaf
etdirdiyi və daha sonra bu dronlar vasitəsilə Türkiyə təhlükəsizlik qüvvələrinə
qarşı aktlar təşkil etdiyi, bu səbəbdən də Türkiyə Milli Kəşfiyyat Təşkilatının
hədəf siyahısında olduğu bildirilir.
2013-cü ildə terror təşkilatına qoşulan Bager Öndeşin İraqın Qəndi şəhərində
silahlı təlim keçdiyi qeyd edilir. Qəndildəki silahlı fəaliyyətindən sonra
Suriyaya köçüb. Terrorçu “Zeytun budağı” əməliyyatı zamanı Türkiyə
təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda iştirak edib və bu istiqamətdə
fəaliyyətini daha sonralar da davam etdirib.
Bager Öndeş Diyarbekir Respublika Baş Prokurorluğu tərəfindən “Terror
təşkilatına üzv olmaq” cinayətinə görə axtarışda olub.
Mənbə: Haber Global