cb30c5e0-7ab9-4c33-9c6b-0f5747d50647..jpg

Türkiyə kəşfiyyatı PKK-nın pul dövriyyəsi ilə məşğul olan qadın üzvünü zərərsizləşdirdi – FOTO

Baxış sayı: 583 dəfə baxılıb.

Türkiyə kəşfiyyatı PKK-nın pul dövriyyəsi ilə məşğul olan qadın üzvünü
zərərsizləşdirdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində terrora
qarşı növbəti əməliyyat həyata keçirib.

Əməliyyat zamanı PKK/YPG terror təşkilatının pul dövriyyəsinə məsul üzvü,
“Viyan” kod adlı Remziye Altığ zərərsizləşdirilib.

Araşdırmalar zamanı Remziye Altığın təşkilatın yüksəksəviyyəli əməkdaşlarından
aldığı təlimatlar əsasında Suriyada fəaliyyət göstərdiyi müəyyən edilib.

Qadın terrorçu 2016-cı ildən əvvəl Türkiyədə təşkilatçılıq fəaliyyəti həyata
keçirib. Mersində PKK/KCK-nın gənclik strukturunun nümayişlərini təşkil edib.
Təşkilatın terror aktlarının planlaşdırılması məsələlərində yer alıb. 2016-cı
ildə təşkilatın çöllük heyətinə qatılıb və Suriya ərazisindəki fəaliyyətlərdə
iştirak edib. Daha sonra PKK/YPG-nin maliyyə strukturunda məsul səviyyədə
fəaliyyət göstərməyə başlayıb.

Mənbə: Habertürk

Source link