Türkiyə kəşfiyyatı PKK-nın silah-sursat üzrə məsul qadın üzvünü
zərərsizləşdirdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK-nın silah-sursat
üzrə məsul üzvü, “Ruken Zilan” kod adlı terrorçu Zeynep Sevimi zərərsizləşdirib.
Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, Duhok çölündə
zərərsizləşdirilən terrorçunun təhlükəsizlik qüvvələrinə qarşı terror aktı
hazırlamaqda olan təşkilat üzvlərini sursatla təmin etmək üçün planlar qurduğu
məlum olub.
2014-cü ildə terror təşkilatı sıralarına qatılan Zeynep Sevim 2016-cı ildə
İraqın şimalında Metinada, 2017-ci ildə Qarada, 2019-cu ildə Avaşində
təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarında təşkilat üzvlərini logistika
ilə təmin edib, “Kilit-Pence” əməliyyatında təhlükəsizlik qüvvələrinə qarşı
aktlar zamanı sursatla təminat üzrə məsul şəxs kimi fəaliyyət göstərib.
Həmçinin məlum olub ki, Zeynep Sevimin bacısı “Zilan Ruken” kod adlı Fatma
Sevim də 2012-ci ildə Tuncelinin Ovacık rayonunda təhlükəsizlik qüvvələrinin
keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.
Mənbə: Haber Global