1bccfa92-6449-48c4-8c4c-4d4c4a0793b4..jpg

Türkiyə kəşfiyyatından əməliyyat: Sinaqoq və kilsələrə hücuma hazırlaşan 32 terrorçu ələ keçirildi – FOTO

Baxış sayı: 529 dəfə baxılıb.

Türkiyə kəşfiyyatından əməliyyat: Sinaqoq və kilsələrə hücuma hazırlaşan 32
terrorçu ələ keçirildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsinin birgə
keçirdiyi əməliyyat zamanı Türkiyədə sinaqoq və kilsələrə, həmçinin İraq
səfirliyinə hücum etməyə hazırlaşan terrorçular ələ keçirilib.

3-ü İŞİD terror təşkilatının məsul üzvü olmaqla məsələ ilə bağlı 32 şübhəli
saxlanılıb.

İŞİD üzvləri olan “Abu Yakin El İraki” kod adlı Mikbel Əş-Şuveysi və “Abu
Leys” kod adlı Məhəmməd Hilaf İbrahimin Türkiyədəki sinaqoq və kilsələrə,
Abdullah El-Cumeyli İyheb Elaninin isə İraq səfirliyinə qarşı terror aktı
həyata keçirməyə hazırlaşdığı məlum olub.

Əməliyyat nəticəsində təşkilata aid çox sayda rəqəmsal material da ələ
keçirilib. Həmçinin saxlanılanlar verdikləri ifadələrdə İŞİD-ə qoşulmaları,
Suriya və Türkiyədə bununla bağlı fəaliyyət göstərən şəxslər və həyata
keçirilən işlər barədə məlumat veriblər.

Mənbə: Haber Global

Source link